Şimali Koreya demilitarizasiya zonasına artilleriya sistemlərini yerləşdirib

Şimali Koreya demilitarizasiya zonasına artilleriya sistemlərini yerləşdirib
# 22 avqust 2015 04:38 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “The New York Times” məlumat yayıb.

Nəşr qeyd edir ki, demilitarizasiya zonasına artilleriya sistemlərinin yerləşdirilməsi 1953-cü ildə əldə olunmuş atəşkəs barədə sazişə ziddir.

Məlumata görə, hazırda Cənubi Koreya hərbçiləri pilotsuz kəşfiyyat təyyarələrinin vasitəsilə KXDR ordusu və topların sayını müəyyənləşdirir.

Bundan əvvəl ABŞ Cənubi Koreya ilə birgə hərbi təlimləri dayandırıb, lakin az sonra bərpa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR