Tiflisdə gender bərabərliyi mövzusunda beynəlxalq konfrans keçirilir - FOTO

Tiflisdə gender bərabərliyi mövzusunda beynəlxalq konfrans keçirilir - <span style="color: red;">FOTO
# 10 noyabr 2015 11:29 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstan paytaxtı Tiflisdə "Gender bərabərliyi: "Regionda problemlər və Avropa qonşuluq siyasəti imkanları" adlı beynəlxalq konfrans başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstanın baş naziri İrakli Qaribaşvili məişət zorakılığının qarşısının alınması ilə bağlı fikirlərini bildirib və son illərdə bu sahədə ölkədə aparılan islahatlarda tərəqqi olduğunu qeyd edib. İ. Qaribaşvili qarşıdan gələn parlament seçkilərində qadınların daha aktiv iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.

Tədbirə Gürcüstanın rəsmi nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, həmçinin Azərbaycandan iştirakçılar, orada yaşayan azərbaycanlıların rəhbərlik etdikləri qeyri-hökumət təşkilatları qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR