Nazirlik: Hər 10 sahibkardan 8-i real əmək haqqını gizlədir

Nazirlik: Hər 10 sahibkardan 8-i real əmək haqqını gizlədir
# 10 fevral 2015 12:36 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanda bir çox işəgötürənlər işçinin real əməkhaqqını göstərmir.

APA-Economics”in məlumatına görə, bunu bu gün IV Vergi Forumunun ikinci günündə Vergilər Nazirliyinin Baş İdarəsinin rəisi İlkin Vəliyev “Əmək münasibətləri, risklərin qiymətləndirilməsi” mövzusunda çıxış edərkən bildirib.

Qurum rəsmisi bildirib ki, 2013-2014-cü illərdə nazirlik tərəfindən bu sahədə mütəmadi olaraq yoxlamalar aparılıb: “Yoxlanılan 53 min sahibkarlıq subyektindən 79,4%-də real əmək haqqının göstərilmədiyi məlum edilib. Belə ki, onlar minimum əmək haqqından da aşağı, yəni 136 manat göstərilib. İşçinin real əmək haqqını göstərməyən sahibkarlıq subyektlərini iki qrupa bölmək olar: bunlardan biri minimum əmək haqqından aşağı rəqəm göstərənlər, digəri isə minimum əməkhaqqını yuxarı əməkhaqqı göstərən müəssisələr. Vergilər Nazirliyi bu sahibkarlıq subyektləri ilə partnyorluq sazişi imzalayıb. Bunun nəticəsində işəgötürənlərin işçiyə verilən real əmək haqqının göstərilməsinə nail olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR