Xəzərin Azərbaycan sektorunda son günlər zəlzələlərin baş verdiyi ərazidən aktiv qırılma zonası keçir

Xəzərin Azərbaycan sektorunda son günlər zəlzələlərin baş verdiyi ərazidən aktiv qırılma zonası keçir
# 11 mart 2013 08:27 (UTC +04:00)

Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin seysmoloji və geodinamik tədqiqatlar şöbəsinin rəhbəri Tahir Məmmədli deyib.

Onun sözlərinə görə, Mahaçqala-Türkmənbaşı adlandırılan aktiv qırılmanın keçdiyi ərazi Dərbənddən başlayaraq Abşerona doğru hərəkət edir, buradan isə burularaq Türkmənistana yönəlir: “Həmin qırılma zonasının yerləşdiyi ərazi boyu vaxtaşırı zəlzələlərin olması labüddür. Hətta vaxtilə qırılmanın o başında – Türkmənistan ərazisində maqnitudası 8 bal olan zəlzələ də baş verib. 1986-89-cu illərdə qırılmanın ortasında maqnitudası 6 baldan yuxarı olan zəlzələlər qeydə alınıb”.

T. Məmmədli qeyd edib ki, son iki gündə Xəzərdə baş verən zəlzələlər hansısa təhlükənin olması demək deyil: “Bu, adi və vaxtaşırı baş verən haldır. Ona görə də hansısa təhlükənin olacağını söyləməyə əsas yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR