DİN Qubanın Xınalıq və digər kəndlərində səyyar xidmət təşkil edib

DİN Qubanın Xınalıq və digər kəndlərində səyyar xidmət təşkil edib
# 16 may 2015 14:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi şəhər və rayonlarda şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmətləri davam etdirir.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, növbəti belə tədbir Baş İdarənin və Quba Rayon Polis Şöbəsinin müvafiq xidmət əməkdaşlarının iştirakı ilə bu rayonda baş tutub.

Xınalıq, Qonaqkənd və digər ətraf kəndlərdə keçirilmiş səyyar xidmət zamanı ümumilikdə 1350 nəfərin, həmçinin orta ümumtəhsil məktəblərinin buraxılış siniflərin şagirdlərinin müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi məqsədilə belə tədbirlər respublikamızın digər bölgələrində də davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR