Bakıda qətlə cəhd edən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb

Bakıda qətlə cəhd edən şəxslərin apellyasiya şikayəti təmin olunmayıb
# 02 iyun 2016 07:22 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Kərimov Kərim Əlifayıl oğlu və Əliyev Fuad İsabala oğlunun barələrində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.


APA-nın məlumatına görə, məhkəmə şikayətləri təmin etməyib və hökmü dəyişməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2014-cü ilin iyulunda Bakıdakı Xəqani bağında mübahisə zəminində Şahin Quliyevi bıçaqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR