Bank Of Baku

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 01 may 2018 10:27 (UTC +04:00)

Mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya bildirilib ki, havanın temperaturunun Abşeron yarımadasında gecə 9-13, gündüz 18-23,  Bakıda gecə 10-12, gündüz 20-22 dərəcə isti olacağı gözlənilir.


Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
 

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi qərb rayonlarında  qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.


Havanın temperaturunun gecə 8-13, gündüz 22-27, dağlarda gecə 4-9, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
 

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 2-4-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR