“Bank of Baku” “İphone application” xidmətini işə salıb

“Bank of Baku” “İphone application” xidmətini işə salıb
# 18 aprel 2013 08:27 (UTC +04:00)

Bakı - APA-Economics. “Bank of Baku” müştərilərin bank məhsul və xidmətlərindən daha çevik və rahat yararlanmasını təmin etmək üçün “İphone application” xidmətini işə salıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, artıq “İphone” smartfonlarının sahibləri “Bank of Baku”nun təqdim etdiyi məhsul və xidmətlərlə ətraflı şəkildə tanış olub müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.

“Bank of Baku”nun “İphone application” xidməti sayəsində onlayn bank xidmətləri mobil rabitə istifadəçiləri üçün daha yaxın olacaq. “İphone application” ilə müştərilər valyuta məzənnəsi, kredit və əmanət şərtləri, kredit və əmanət kalkulyatoru, tarif və faiz dərəcələri, bankın filial və bankomatlarının dəqiq ünvanı və xəritəsi ilə rahat şəkildə tanış ola biləcək. “İphone” əlavəsi ilə istifadəçilər kreditin onlayn ödənişini və sifarişini edə bilərlər. Bundan savayı, istifadəçilər “İphone application” ilə “Bank of Baku”nun korporativ və sosial şəbəkə səhifələrini izləyib son bank xəbərlərindən agah olacaqlar.

Yaxın zamanlarda “İphone” əlavənin “İpad” və “Android” sistemlərində də istifadəyə verilməsi nəzərdə tutulur. “İphone application” xidməti sayəsində müştərilər “Bank of Baku” ilə daha rahat və çevik əlaqə saxlaya biləcək.

“İphone application” xidməti barədə ətraflı məlumatı bankın saytından əldə etmək olar: http://www.bankofbaku.com/ru/online-banking/iphone-app.html

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR