Azərbaycanın daha bir bankı elektron arayış əsasında kreditlərin verilməsinə başlayır

Azərbaycanın daha bir bankı elektron arayış əsasında kreditlərin verilməsinə başlayır
# 09 aprel 2015 09:20 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Amrahbank” ASC elektron arayış vasitəsilə kreditlərin verilməsinə başlayacaq.

APA-Economics”in məlumatına görə, bununla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə "Amrahbank” arasında müvafiq müqavilə bağlanıb.

Müqaviləyə əsasən vətəndaşlar bankın filiallarında quraşdırılmış xüsusi terminallar vasitəsilə "Elektron Hökumət” portalının xidmətlərindən istifadə edə biləcəklər.

Artıq elektron xidmətlərin yüksək səviyyədə təşkili üçün bank işçilərinə portal üzrə praktiki biliklər aşılanıb. Təlim çərçivəsində kredit əməliyyatlarının sadələşdirilməsinə xidmət edən elektron arayışlar və digər müvafiq xidmətlər test edilməklə bu xidmətlərin praktiki mahiyyəti iştirakçıların nəzərinə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR