“Mur-Ay” MMC-nin dələduzluqda təqsirləndirilən sədri və digərlərinin məhkəməsi təxirə salınıb

“Mur-Ay” MMC-nin dələduzluqda təqsirləndirilən sədri və digərlərinin məhkəməsi təxirə salınıb
# 23 aprel 2013 14:42 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Mur-Ay” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) dələduzluqda təqsirləndirilən sədri Elxan Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


APA-nın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışına hazır olmadıqlarını bildiriblər. Bunun üçün də proses mayın 6-dək təxirə salınıb.

Qeyd edək ki, “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov və qeyrilərinin qabaqcadan əlbir olub cəmiyyət tərəfindən Yeni Yasamal massivində inşa edilən yaşayış binalarındakı mənzilləri bir neçə dəfə ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitlərini ələ keçirərək dələduzluq əməli törədiblər. Cinayət işi üzrə təqsirləndirilən şəxslər “Azərbaycan” Nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli , “Mur-Ay” MMC-nin sədr müavini Bəybala Sultanov, “Mur-Ay” MMC-də mühasib vəzifəsində işləyən Novruz Muxtarov, cəmiyyətin direktoru Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, cəmiyyətdə satış üzrə menecer işləyən Səhriyar Ağayev, Seyfəddin Səfərov və şirkətin sədri Elxan Hüseynovdur.

Onu da qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərə 15 ildən 11 il 6 aya qədər cəza istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR