Azərbaycanda xidmətlər indeksi artıb

Azərbaycanda xidmətlər indeksi artıb
# 28 mart 2013 12:39 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2013-cü ilin fevral ayı üzrə 76,0% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici yanvar ayı ilə müqayisədə 1,5 faiz bəndi çoxdur.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi ilə hesablanır. Göründüyü kimi, indeksin artmasına baxmayaraq, o hələ də 100%-dən aşağı səviyyədir. İndeksin 100%-dən az olması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin əvvəlki aya nisbətən azalmasından xəbər verir.

Belə ki, fevral ayında əhaliyə 407,3 mln. manat həcmində pullu xidmətlər göstərilib, yanvar ayında isə bu həcm 536,1 mln. manat olub. Müqayisə üçün bildirək ki, ötən ilin dekabr ayında bu göstərici 719,5 mln. manat təşkil edib.

Ümumilikdə, yanvar-fevral aylarında əhaliyə göstərilən pullu xidmətlərin dəyəri illik müqayisədə 7,2% artıb, xidmətlər ÜDM-də payı isə 11,3%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR