Lənkəranda axtarışda olan şəxsin həyətində xeyli çətənə kolu aşkarlanıb

Lənkəranda axtarışda olan şəxsin həyətində xeyli çətənə kolu aşkarlanıb
# 08 iyun 2016 14:40 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran polisi axtarışda olan rayon sakininin həyətyanı torpaq sahəsində xeyli sayda narkotik xassəli çətənə kolu aşkarlayıb. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları rayonun Digah kənd sakini, 34 yaşlı Anar Xubəli oğlu Məmmədova məxsus həyətyanı torpaq sahəsinə baxış keçirilib.

Oradan aqrotexniki qaydada becərilmiş 274 ədəd çətənə kolu aşkarlandığı bildirilib.

Saxlanılan A.Məmmədovun üzərindən isə 1 kiloqram qurudulmuş marixuana və 1 ədəd ov tüfəng aşkarlanıb. Araşdırmalar zamanı A.Məmmədovun əvvəllər məhkum olunduğu, sonuncu cinayət əməlini törətdikdən sonra istintaqdan yayınaraq axtarışa verildiyi müəyyənləşdirilib.


Çətənə kolları, marixuana və ov tüfəngi maddi sübut kimi götürülüb. A.Məmmədov isə istintaqa cəlb olunub.

Faktla bağlı Lənkəran ŞRPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR