Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək - VİDEO

Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2014 13:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Oktyabrın 11-də Dövlət Bayrağı Meydanında Dövlət bayrağının qaldırılması prosesini hər kəs canlı izləyə biləcək.

Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Dövlət Bayrağının 162 m hündürlüyə qaldırılması prosesini canlı izləmək istəyən hər bir şəxs, o cümlədən KİV nümayəndələri oktyabrın 11-i saat 10.30-da Dövlət Bayrağı Meydanına dəvət olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR