Ukrayna baş naziri Qərb dövlətlərini Rusiyaya qarşı sanksiyaları ləğv etməməyə çağırıb

Ukrayna baş naziri Qərb dövlətlərini Rusiyaya qarşı sanksiyaları ləğv etməməyə çağırıb
# 25 sentyabr 2014 09:40 (UTC +04:00)

APA - nın BBC-yə istinadən verdiyi məlumata görə, o, bunu BMT Baş Assambleyasının toplantısında çıxış edərkən deyib.

Rusiya ordusunun şərqi Ukraynada hələ də əməliyyat apardığını deyən A. Yatsenyuk Ukrayna hökumətinin Donbasa nəzarəti tam bərpa edənədək sanksiyaların aradan qaldırılmamasının vacib olduğunu vurğulayıb.

“Biz öz tərəfdaşlarımızdan xahiş edirik ki, Rusiyaya qarşı tətbiq etdikləri sanksiyaları ləğv etməsinlər. Krım Ukraynanın bir hissəsi olub, bu indi də belədir və daim belə olacaq”, - deyə o qeyd edib.

Ukrayna baş naziri Rusiyanı öz qüvvələrini geri çəkməyə və həqiqi danışıqlara başlamağa çağırıb. A. Yatsenyuk şərqi Ukraynada atəşkəsin elan olunmasına baxmayaraq, hər gün əsgərlərin və mülki vətəndaşların öldüyünü bildirib.

“Siz döyüşdə orduya qalib gələ bilərsiniz. Lakin bilin ki, heç vaxt birləşmiş Ukrayna xalqına qalib gələ bilməyəcəksiniz”, - deyə o vurğulayıb.

Xatırladaq ki, ABŞ və bəzi Qərb dövlətlərinin nümayəndələri Rusiyanın Ukrayna və separatçılar arasında sülhə dəstək verəcəyi halda, sanksiyaların qaldırıla biləcəyini bəyan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR