AYB kitab çapı və online satışla bağlı yeni layihə həyata keçirəcək

AYB kitab çapı və online satışla  bağlı yeni layihə həyata keçirəcək
# 14 avqust 2014 11:16 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Yazıçılar Birliyi (AYB) kitab çapı və online satışla bağlı yeni layihəyə start verəcək. AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, yeni layihədə kitabların “AYB Kitab” loqosu altında nəşri nəzərdə tutulub: “Bundan başqa, layihə ilə bağlı bütün yenilikləri özündə əks etdirən AYBkitab.az saytı da yaradılacaq. Sayt kitabların çapı və online satışla bağlı bütün məsələləri özündə əhatə edəcək”.

X. Rza əlavə edib ki, vahid loqo altında çap ediləcək kitablar istedadlı və ədəbi mühitdə aktiv olan bütün yazarları əhatə edəcək: “Nəzərdə tutmuşuq ki, gələcəkdə dünya ədəbiyyatından da kitablar çap edək. Amma əlbəttə, layihənin əsas məqsədi müasir Azərbaycan ədəbiyyatını təbliğ etmək, yazıçı və şairlərə mənəvi dəstək verməkdir. Bir neçə böyük nəşriyyatla müqavilə imzalanacaq və kitab satışının gəlirindən müəlliflərə qonorar da ödəniləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR