“PAŞA Həyat Sığorta” ölən sığortalı şəxslərin ailələrinə 75 min manat ödəyib

“PAŞA Həyat Sığorta” ölən sığortalı şəxslərin ailələrinə 75 min manat ödəyib
# 15 may 2015 08:47 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanın ən iri həyat sığortaçısı olan “PAŞA Həyat” sığorta şirkəti “həyatın müddətli sığortası” növü üzrə növbəti iri həcmli sığorta ödənişlərini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən “APA-Economics”ə verilən xəbərə görə, müxtəlif vaxtlarda baş verən və ölümlə nəticələnmiş üç sığorta hadisəsinə görə “PAŞA Həyat Sığorta” tərəfindən ümumilikdə 75 min manat həcmində sığorta ödənişi edilib.

Zərərçəkmiş şəxslərlə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, vəfat etmiş üç sığortalı şəxsin hər birinin ailəsinə 25 min manat həcmində birdəfəlik sığorta ödənişi verilib.

“PAŞA Həyat Sığorta” ASC 2011-ci ilin fevral ayından fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 40,250 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR