Azərbaycanla Albaniyanın energetika nazirləri TAP-ı müzakirə edəcək

Azərbaycanla Albaniyanın  energetika nazirləri TAP-ı müzakirə edəcək
# 18 dekabr 2014 09:00 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın energetika naziri Natiq Əliyev enerji sahəsində əməkdaşlığı müzakirə etmək məqsədi ilə Albaniyada rəsmi səfərdə olacaq.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, N. Əliyev Albaniyanın Tirana şəhərində keçiriləcək enerji sahəsində əməkdaşlığın müzakirə olunması məqsədi ilə dekabrın 18-20-də bu ölkədə rəsmi səfərdə olacaq. Səfər çərçivəsində N. Əliyevin Albaniyanın energetika və sənaye naziri Damian Qjiknuri ilə görüşü nəzərdə tutulub.

Görüşlərdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, həyata keçirilməsi planlaşdırılan Trans-Adriatik qaz kəməri layihəsi, eləcə də Albaniya daxilində mövcud qaz bazarının inkişaf potensialı barədə fikir mübadiləsinin aparılması planlaşdırılır.

Hər iki ölkə nazirinin mətbuat üçün birgə brifinqi də nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR