Əli Laricani: “AEBA-nın İranın nüvə proqramına qarşı mövqeyi tamamilə siyasi xarakter daşıyır”

Əli Laricani: “AEBA-nın İranın nüvə proqramına qarşı mövqeyi tamamilə siyasi xarakter daşıyır”
# 03 dekabr 2012 12:47 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranın sülh məqsədli nüvə proqramına qarşı mövqeyi tamamilə siyasi xarakter daşıyır”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran parlamentinin sədri Əli Laricani deyib.

O bildirib ki, agentliyin icraçı direktoru Yukiya Amano İranla müzakirələrin davam etməsinə çalışmalıdır: “AEBA İranla apardığı nüvə müzakirələrindən o qədər də məmnun deyil. Əgər agentlik həqiqətən də Tehranla ortaq bir məxrəcə gəlmək istəyirsə, müzakirələrin davam etməsinə çalışar və ikili standartlarından əl çəkər. AEBA məsələyə siyasi deyil, mütəxəssis olaraq yanaşmalıdır. Biz nüvə probleminin həlli üçün olduqca faydalı addımlar atdıq. Lakin Qərb bu müsbət addımlarımıza sanksiya siyasətinə davam etməklə qarşılıq verdi”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR