“Qazprom” rəhbəri: Ukraynanın qaza görə Rusiyaya 29 mlrd dollar borcu var

“Qazprom” rəhbəri: Ukraynanın qaza görə Rusiyaya 29 mlrd dollar borcu var
# 28 may 2015 20:32 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın “Qazprom” holdinqinin rəhbəri Aleksey Miller bildirib.

“Ukraynanın “al və ya ödə” cərimələri ilə bağlı qaza görə borcu bu günə 29,477 mlrd dollar təşkil edir, bunun 2,604 mlrd dolları 2013-2014-cü illərdə tədarük olunan qaza görə borc və üstünə hesablanan penidir (faiz)”, deyə o bildirib.

Millerin sözlərinə görə, borcun 200 mln dolları Ukraynanın cənub-şərqinə tədarük olunan qaza görə yaranan borcdur: “Bu tədarüklərə görə “Naftoqaz Ukrayna” bizə ödənişlər etmir”. Onun sözlərinə görə, borcun qalan hissəsi 2012, 2013 və 2014-cü illər üzrə “al və ya ödə” sxemi üzrə cərimələrdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR