“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib

“Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib
# 25 iyul 2014 08:47 (UTC +04:00)

APA-nın məlumatına görə, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət orqanlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycanın bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə təsdiqlənib.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi bu sərəncamla təsdiq edilmiş Milli Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin aidiyyəti icra hakimiyyəti orqanları ilə birlikdə yerinə yetirilməsini təmin etməli, Nazirlər Kabineti isə bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR