Bakı. Şəhriyar Əlizadə - APA. Qubada kimyəvi məhlul içən şəxs ölüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, oktyabrın 29-da Quba rayonunun İqrik kəndində yaşayan Əhmədxan Həşimov kimyəvi məhlul içib və xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırmalar aparılır.