Ukraynada köçəri tayfaların mədəniyyəti mövzusunda tədbir keçirilib - FOTOSESSİYA

Ukraynada köçəri tayfaların mədəniyyəti mövzusunda tədbir keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 18 mart 2013 08:28 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Dnepropetrovsk şəhərində Dnepryanı bölgədə köçəri tayfaların mədəniyyətinə dair tədbir keçirilib. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) APA-ya verilən məlumata görə, tədbirdə Dnepropetrovsk Vilayət Şurasının sədri Yevgeni Udod, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Dnepropetrovsk Vilayət Radasının deputatı Fəxrəddin Muxtarov, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Zaur Həsənov, köçəri tayfaların mədəniyyətini öyrənən Ukrayna alimləri iştirak ediblər.

Dnepropetrovsk Vilayət Şurasının sədri Y. Udod Azərbaycan və Ukrayna xalqları arasında tarixi və mədəni bağlılıqlardan danışıb, tarixin iki xalqın qohumluq əlaqələrinə dair sübutlarla zəngin olduğunu vurğulayıb. O, skiflərin irsinin həm Azərbaycan, həm də Ukrayna xalqının formalaşmasında zəngin rolu olduğunu bildirib.

Səfir E. Mədətli köçəri tayfaların və xüsusilə türk mənşəli skif tayfalarının hazırkı Ukrayna ərazisində qoyduğu izlərin xalqlar arasında tarixi və mədəni əlaqələrin incisi olduğunu deyib. Səfir qədim dövrlərdə ümumi əcdadlarımız olan skiflərin, sarmatların, hunların, avarların, bulqarların, xəzərlərin və digərlərinin Qafqaz və Qara dəniz sahillərində, Dnepr boyunda sonrakı dövrlərdə dövlətçilik və mədəniyyətlərin inkişafına zəmin yaradan böyük mədəniyyətlər yaratdığını vurğulayıb.

Tədbirin yekununda iştirakçılar mədəniyyətlərarası əlaqələrin inkişaf etdirilməsi barədə qətnamə qəbul ediblər.

Daha sonra Dmitri Yavornitski adına Dnepropetrovsk Tarix Muzeyində Ukraynada ilk dəfə "Zolotaya Skifiya" adı altında skif mədəniyyəti sərgisi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR