Heydər Əliyev Sarayında “Muğam qanadlarında” adlı konsert keçirilib

Heydər Əliyev Sarayında “Muğam qanadlarında” adlı konsert keçirilib
# 08 oktyabr 2014 06:59 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Oktyabrın 7-də Heydər Əliyev Sarayında “Muğam qanadlarında” adlı muğam ifaçılarının konserti keçirilib.

Heydər Əliyev Sarayının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sarayın təşkilatçılığı ilə keçirilən konsertdə xalq artistləri Simarə İmanova, Zabit Nəbizadə, respublika və beynəlxalq muğam müsabiqələrinin laureatları Babək Niftəliyev, Bəyimxanım Vəliyeva, Ehtiram Hüseynov, İlkin Əhmədov, Səbuhi İbayev, Aytən Məhərrəmova, Elnur Zeynalov və Gülay Qədirova iştirak ediblər.

Konsert proqramında xanəndələr “Mahur”, “Şüştər”, “Şahnaz”, “Segah”, “Cahargah”, “Dilkəş”, “Qatar”, “Bayatı-Şiraz”, “Şahnaz” təsnif və muğamlarını ifa ediblər.

Mətbuat xidmətindən bildiriblər ki, ənənəyə uyğun olaraq konsertə Qarabağ veteranları və beynəlxalq əlillər cəmiyyətlərindən olan əlillər, onların ailə üzvləri, kimsəsiz və əlil uşaqlar dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR