“Unibank” “İlin bankı” seçilib

“Unibank” “İlin bankı” seçilib
# 18 dekabr 2014 07:41 (UTC +04:00)

Bankdan “APA-Economics”ə verilən məlumata görə, “The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, “Unibank”ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda “Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Jurnalın ekspertləri bu qərarı bankın maliyyə nəticələrinə, innovasiya fəaliyyətinə və inkişaf strategiyasına əsaslanaraq verib.

2014-cü il “Unibank” üçün ən uğurlu illərdən biri olub. İlkin göstəricilər də bunu deməyə imkan verir:

- Bank öz müştərilərinə xidmətin keyfiyyətini daha da artırmaqla filiallarının sayını 38-ə çatdırıb;

- “Unibank” filialları hazırda 711 minə yaxın müştəriyə xidmət göstərir;

- 2014-cü ilin 11 ayı ərzində bankın müştərilərinin sayında 37% artım qeydə alınıb;

- “Unibank”ın aktivləri və kredit portfeli 17% artıb.

2015-ci ildə də bankın müştərilərini və partnyorlarını böyük sürprizlər gözləyir. “Unibank” gələn il öz xidmətlərini daha da təkmilləşdirməyi, bazara yeni məhsullar çıxarmağı planlaşdırır.

“Unibank” hazırda paytaxtda 23, bölgələrdə 15 filialı ilə həftənin 6 günü səhər saat 09:00-dan axşam 17:00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud Facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR