Qırğızıstan – Azərbaycan görüşünün tarixi müəyyənləşib

Qırğızıstan – Azərbaycan görüşünün tarixi müəyyənləşib
# 18 aprel 2013 14:45 (UTC +04:00)

Bakı – APA. Azərbaycan yığmasının Qırğızıstanla nəzərdə tutulan yoldaşlıq görüşünün vaxtı dəqiqləşib. Bu haqda apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, millimizin 2013-cü ildə son matçı Bişkekdə olacaq: “Həmin qarşılaşma noyabrın 19-da baş tutacaq”.

Qeyd edək ki, millimiz noyabrın 17-də Estoniya ilə Tallində yoldaşlıq görüşü keçirməyi planlaşdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR