Bakıda idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb - FOTO - VİDEO

Bakıda idarəetməni itirən sürücü avtomobili işıq dirəyinə çırpıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2015 22:58 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakıda yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Sözügedən küçə ilə hərəkət edən "Nissan" markalı avtomobilin sürücüsü Anar Mirzəməmmədov qəfil idarəetməni itirib. Bu zaman o, avtomobili işıq dirəyinə çırpıb. Hadisə zamanı xəsarət alan olmasa da, Şərifzadə küçəsindəki işıq dirəklərindən biri yararsız vəziyyətə düşüb. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər.

Ön hissəsi yarasız vəziyyətə düşən avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR