Salyanda ölümlə nəticələnən yol qəzası baş verib

Salyanda ölümlə nəticələnən yol qəzası baş verib
# 05 iyul 2015 02:24 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Salyan rayonu ərazisində, Ələt-Astara avtomobil yolunun 38-ci kilometrliyində “Mercedes” markalı iki minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilərin birinin sərnişini hadisə yerində vəfat edib və avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər deformasiyaya uğramış avtomobildən meyiti çıxarıb və aidiyyəti üzrə təhvil verib. Əməliyyat saat 01:19-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR