Bakıda polis avtomobili 15 yaşlı oğlanı vuraraq öldürüb

Bakıda polis avtomobili 15 yaşlı oğlanı vuraraq öldürüb
# 02 iyul 2016 08:43 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda polis avtomobili qəza törədib.

Suraxanı Rayon Polis idarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə Əmircan qəsəbəsində qeydə alınıb. “FİAT Doblo” markalı, 90 AP 597 dövlət nömrə nişanlı polis avtomobili yolu keçən piyada, 2001-ci il təvəllüdlü Ələkbər Zirəddin oğlu Əhmədovu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR