Bu il Azərbaycanda 17,6 mln. ton neft, 8,5 mlrd. kubmetr təbii qaz hasil edilib

Bu il Azərbaycanda 17,6 mln. ton neft, 8,5 mlrd. kubmetr təbii qaz hasil edilib
# 15 iyul 2015 07:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-may aylarında Azərbaycan sənayesinin təsərrüfat subyektləri tərəfindən 10,8 mlrd. manatlıq məhsul istehsal olunaraq 3,7%-lik artım qeydə alınıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sənayenin qeyri-neft sahələrində istehsalın həcmi əvvəlki ilin yanvar-may aylarının səviyyəsini 12,4%, neft-qaz sektorunda isə 1,4% üstələyib.

Sənaye məhsulunun 63,5%-i istehsal olunmuş mədənçıxarma bölməsində 17,6 mln. ton neft, 8,5 mlrd. kubmetr əmtəəlik təbii qaz və digər məhsullar hasil edilib.

Emal bölməsində istehsalın həcmi sənayenin ümumi məhsulunun 28,0%-ni təşkil edib qida, kağız və karton, poliqrafiya, neft məhsullarının, kimya sənayesi məhsullarının, rezin və plastmas məmulatların, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatlarının, elektrik avadanlıqlarının və s. məhsulların istehsalında artım müşahidə edilib.

İstehsal edilmiş sənaye məhsulunun 7,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsinin, 0,8%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinin payına düşür.

Ümumi sənaye istehsalının 88,4%-i malların (əmtəələrin), 11,6%-i isə sənaye xarakterli xidmətlərin payına düşüb, məhsulun 76,3%-i özəl bölmədə istehsal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR