Azərbaycan Ümumdünya Turizm Təşkilatının sessiyasında təmsil olunacaq

Azərbaycan Ümumdünya Turizm Təşkilatının sessiyasında təmsil olunacaq
# 27 may 2015 11:26 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti sessiyada iştirak etmək üçün Xorvatiyanın Rovinj şəhərinə səfərə yollanıb.

İclas zamanı BMÜTT-nin baş katibinin beynəlxalq turizmdə mövcud vəziyyət, gələcək meyllər, təşkilatın maliyyə durumu, 2014-2015-ci illər üçün fəaliyyət proqramının icrası və s. məsələlərlə bağlı məruzəsi dinləniləcək.

Şöbədən bildiriblər ki, “Turizmdə innovasiya: mövsümiliyə üstün gəlməyin yeni yolları” mövzusunda keçiriləcək budəfəki sessiya zamanı müzakirə olunacaq əsas məsələlərdən biri də 2016-2017-ci illərdə Dünya Turizm Gününün mövzuları və keçiriləcəyi yerin müəyyən olunmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR