Paytaxt sakininin evi qarət olunub

Paytaxt sakininin evi qarət olunub
# 12 avqust 2016 02:54 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Nəsimi rayonunda mənzil qarət olunub. APA TV-nin məlumatına görə, hadisə 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsində yerləşən 5 mərtəbəli binanın 1-ci mərtəbəsində qeydə alınıb.

Mənzil 16-da yaşayan Elmira Əliyeva deyir ki, 50 illik yubileyini qeyd etmək üçün bir neçə qonşusu ilə yaxınlıqda yerləşən restoranlardan birinə gedib. Ancaq günün sonunda evə qayıdan Elmira xanım naməlum şəxs və ya şəxslərin “sürprizi” ilə qarşılaşıb.

Zərərçəkənin sözlərinə görə, oğrular mənzildən yalnız nağd pul və bəzək əşyaları aparıblar. Maraqlı məqamlardan biri isə, mənzildə planşet, televizor və kompüterin oğurlanmamasıdır. Elmira xanım hadisədən dərhal sonra Daxili İşlər Nazirliyinin (DİN) "102" "Qaynar xətti"nə məlumat verib. Mənzilə baxış keçirən polis əməkdaşları evdən barmaq izləri götürüb. Bina sakinləri isə analoji hadisənin sözü gedən küçədə dəfələrlə baş verməsindən narahatdırlar.

Artıq faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR