Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçirilib - YENİLƏNİB - FOTOSESSİYA - VİDEO

Ankarada Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin görüşü keçirilib - <span style="color: red;">YENİLƏNİB  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 04 may 2015 14:29 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Ankarada səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti mayın 4-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gedib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Zakir Həsənov Atatürkün məzarını ziyarət edib, önünə əklil qoyub və Şərəf kitabına ürək sözlərini yazıb.

Sonra Türkiyə Respublikasının Baş Qərargahında Azərbaycan-Türkiyə-Gürcüstan Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşü keçirilib.

Görüşdə üç ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın tənzimlənməsi məqsədilə Koordinasiya Qrupunun yaradılması qərara alınıb.

Qurumun məqsədi birgə təlimlər, kurslar və treninqlərin keçirilməsi, təhsil və tibb sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlərin əlaqələndirilməsi olacaq.

Görüşün yekunlarına dair Protokol imzalanıb.

***

saat 15.22

Bakı. Ağa Cəfərli - APA. Bu gün Ankarada Azərbaycan, Türkiyə və Gürcüstan Silahlı Qüvvələrinin rəhbərləri arasında görüş keçirilir.

APA-nın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Necdət Özəl və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vaxtanq Kapanadze iştirak edirlər.

Qeyd edək ki, üç ölkənin Silahlı Qüvvələri rəhbərlərinin birinci görüşündə hərbi sahədə üçtərəfli formatda əməkdaşlığın aparılması, regional sabitlik və təhlükəsizlik məsələlərinin müzakirəsi, o cümlədən enerji daşıyıcıları, dəmiryolu xətti və digər regional layihələrin təhlükəsizliyinin təmin edilməsi istiqamətində vəzifələrin müəyyənləşdirilməsi və onların praktiki icra mexanizmlərinin müəyyən ediləcək.

Görüşün yekunlarına dair Protokolun imzalanması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR