Vladimir Putin Almaniya kansleri ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Vladimir Putin Almaniya kansleri ilə Ukraynadakı vəziyyəti müzakirə edib
# 14 iyul 2014 10:51 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Rusiya prezidenti Vladimir Putin və Almaniya kansleri Angela Merkel Ukraynadakı vəziyyəti müzakirə ediblər.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, Rio-de Janeyroda bağlı qapılar arxasında keçən görüşdə Putin Merkelə Kiyevlə separatçılar arasında birbaşa danışıqların başlanılmasının vacibliyini sübut etməyə çalışıb.

Almaniya kanslerinin mətbuat katibliyindən bildiriblər ki, Merkel Putinin tərəflər arasında danışıqların başlanılması ilə bağlı fikirlərini dəstəkləyib.

O da qeyd olunub ki, Putinlə Merkel Ukrayna, Rusiya və ATƏT nümayəndələrindən ibarət qrupun fəaliyyətinin bərpa edilməsi ilə bağlı razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR