ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib
# 28 yanvar 2013 14:47 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda siyasi məhbuslar üzrə məruzəçi K. Ştrasserin AŞPA-nın qış sessiyasına təqdim etdiyi “Azərbaycanda siyasi məhbuslar məsələsində atılmalı addımlar” adlı hesabatının qəbul edilməməsi məsələsinə münasibət bildirilib, bunu AŞPA-nın insan haqlarına arxa çevirməsi kimi qiymətləndirib. İdarə Heyəti üzvləri İsmayıllı rayonunda baş verən hadisələrlə əlaqədar gənclərin Fəvvarələr meydanında keçirdiyi etiraz aksiyasına polisin güc tətbiq etməsini də pisləyib və hər iki hadisə ilə bağlı həbs edilən vətəndaşları dərhal azadlığa buraxmağa çağırıb.

İdarə Heyəti üzvləri Müsavat Partiyasının başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı polislər tərəfindən saxlanılması və adı çəkilən rayona getməsinə imkan verilməməsi faktını da pisləyib. Yığıncaqda ABŞ-ın “Beynəlxalq Büdcə Tərəfdaşlığı” təşkilatı tərəfindən acıq büdcə indeksinə görə hazırlanan hesabat da müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR