Azərbaycan prezidenti Birləşmiş Ərəb Əmirliklərinin baş nazirini təbrik edib

Azərbaycan prezidenti Birləşmiş Ərəb Əmirliklərinin baş nazirini təbrik edib
# 01 dekabr 2014 16:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid Al Məktumu ölkəsinin milli bayramı münasibəti iıə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Əlahəzrət, ölkənizin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək. Sizə ən xoş arzularımı yetirir, qardaş xalqınıza daim sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR