FHN Bakıda top mərmisinin tapılması haqqında məlumat yayıb

FHN Bakıda top mərmisinin tapılması haqqında məlumat yayıb
# 11 noyabr 2014 16:11 (UTC +04:00)

Bakı – APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda döyüş sursatının tapılması haqqında məlumat yayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanması haqqında məlumat daxil olub.

Dərhal Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər.

Müəyyən olunub ki, bu, istifadəyə yararsız və təlim-tədris təyinatlı 1 ədəd 100 mm çaplı top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR