“Unibank”ın keçirdiyi şoppinq festival başa çatıb

“Unibank”ın keçirdiyi şoppinq festival başa çatıb
# 18 iyun 2014 08:25 (UTC +04:00)

Bakı - APA-Economics. “Unibank”ın 1 aylıq “Albalı Plus” şoppinq festivalı başa çatıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, mayın 15-dən iyunun 15-dək davam edən festival çərçivəsində “Albalı Plus” istifadəçiləri ölkənin brend mağazalarının yerləşdiyi ticarət mərkəzlərindəki onlarla mağaza və xidmət obyektində çox sərfəli alış-veriş etmək imkanı əldə edib.

Festivala qatılan alıcılar, bankdan faizsiz əlavə taksitlərlə yanaşı, 10 min manatlıq uduş fondu olan lotereyada iştirak şansı qazanıblar. Festival müddətində kart sahiblərinin hər 10 manatlıq alış-verişi bir şans (seçilmiş TM-lərdə 2 şans) sayılıb.

“Albalı Plus” şoppinq festivalı boyu alış-veriş edənlər onlarla sevimli brend mağazalardan xüsusi hədiyyələr və endirimlərə, “Qoşul! Fərqlən! Faydalan!” platformasına yeni kart istifadəçilərinə 200 bal hədiyyə də əlavə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR