Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Batumi görüşünün yekun protokolu imzalanıb

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin Batumi görüşünün yekun protokolu imzalanıb
# 28 mart 2013 12:16 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin “Trabzon bəyannaməsi” çərçivəsində üçtərəfli görüşü keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə regional məsələlər, ölkələr arası iqtisadi münasibətlərin inkişaf etdirilməsi, müştərək beynəlxalq layihələr və enerji təhlükəsizliyi məsələləri, ətraf mühitinin qorunması, eyni zamanda nəqliyyat və digər prioritet məsələlər müzakirə olunub. Görüşdən sonra tərəflər arasında yekun protokolu imzalanıb, 2013-2015-ci illər üçün əməkdaşlıq planı qəbul edilib.

Qeyd edək ki, “Trabzon bəyannaməsi” 2012-ci ilin avqustun 8-də Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə qəbul edilib.

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşünün bu ilin ikinci yarısında Qəbələdə keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR