İstanbulda Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı keçiriləcək

İstanbulda Avropa Yenidənqurma və İnkişaf Bankının illik toplantısı keçiriləcək
# 03 aprel 2013 13:22 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin mayın 10-11-də İstanbulda Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) illik toplantısı keçiriləcək. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Bankın məlumatında deyilir.

Toplantıda əsas müzakirə olunacaq mövzular sırasında EBRD-yə üzv olan ölkələrin iqtisadiyyatlarının diversifikasiyası və modernləşməsi, qeyri-neft və qaz sektorlarının inkişafı, biznes və investisiya mühitinin yaxşılaşdırılması, texnoloji və innovativ inkişaf, maliyyə bazarlarının gücləndirilməsini qeyd etmək olar.

Toplantıda EBRD-dən başqa, digər beynəlxalq maliyyə qurumları, iri korporativ maliyyə təşkilatlarının yüksək rütbəli nümayəndələri də çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR