Abel Məhərrəmov: “Mərkəzləşdirilmiş buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilməlidir”

Abel Məhərrəmov: “Mərkəzləşdirilmiş buraxılış imtahanları ilə ali məktəblərə qəbul imtahanları birləşdirilməlidir”
# 08 noyabr 2012 13:42 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetin rektoru Abel Məhərrəmov deyib. Rektor bildirib ki, bu işdə artıq vahid yanaşmanın bərqərar olması çox müsbət haldır: “Tələbələr də iki qurum yox, bir qurumdan asılı olmalıdırlar. İnanıram ki, bu məsələ öz həllini tapsa, gələcəkdə iki imtahan keçirməyə ehtiyac olmayacaq. İmtahanlarla bağlı bir vahid yanaşma olsa, gələcək abituriyentlər, orta məktəb şagirdləri bu stress vəziyyətindən çıxa bilərlər. Hazırda üzərində iş aparılan ali təhsil haqqında qanun layihəsində də bu və digər məsələlər öz əksini tapa bilər”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR