Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,9% yüksəlib

Dow Jones indeksi 0,7%, S&P 500 0,7%, Nasdaq 0,9% yüksəlib
# 30 aprel 2013 07:24 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,7% - 14 819 bəndədək, S&P 500 0,7% - 1 594 bəndədək, Nasdaq 0,9% - 3 307 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına daşınmaz əmlak bazarında mart ayında bağlanan əqdlərin sayının və istehlak xərclərinin artması barədə statistik göstəricilər təsir edib.

Avropa fond bazarlarında aprelin 29-da FTSE 100 indeksi 0,5% - 6 458 bəndədək, Almaniya DAX-ı 0,8% - 7 874 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 869 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% artaraq 1 470,7 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3091 (-0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR