Ağsaqqallar Şurası Heydər Əliyevi anım mərasimi keçirib - FOTO

Ağsaqqallar Şurası Heydər Əliyevi anım mərasimi keçirib - <span style="color: red;">FOTO
# 10 dekabr 2014 16:41 (UTC +04:00)

APA-nın məlumatına görə, mərasimdən əvvəl iştirakçılar Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov bildirib ki, xalqın tələbi ilə təkrar hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı parçalanmadan xilas edib: "Ümummilli lider Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına sadiq şəxsiyyət idi. Ulu öndərin hakimiyyətdə olmadığı illərdə Azərbaycanın 20 faiz torpağı erməni silahlı qüvvələri tərəfindən işğal edildi, 1 milyondan artıq qaçqın və məcburi köçkün öz doğma yurd-yuvalarından didərgin düşdü. Ölkəmiz 20-30 mindən artıq şəhid verdi. Eləcə də həmin illərdə 30 minə yaxın insan əlil oldu. Məhz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu bəladan qurtardı, ölkəni işıqlı gələcəyə aparan möhkəm siyasətin əsasını qoydu. Bu gün onun layiqli davamçısı prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən, hər kəsin hesablaşmağa məcbur olduğu dövlətə çevrilib".

Daha sonra çıxış edən QMİ-nin sədri A. Paşazadə vurğulayıb ki, Heydər Əliyev daim xalqının və dövlətinin yanında olub: “Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazdı, yaratdı və bu tarix yaşamaqdadır. Dahi şəxsiyyət ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdi, eləcə də din-dövlət münasibətlərinin qurulmasına əsaslı zəmin yaratmışdı. O, Azərbaycanı milli, vətəndaş qırğınlarından, eyni zamanda ölkəmizi parçalanmadan xilas etdi. Dahi şəxsiyyət cismən bizlə olmasa da, ruhən hər zaman yanımızdadır".

ARDNŞ-in 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə isə bildirib ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra neft sənayesindəki geriqalmaları təhlil edib: “70-ci illərdə neft sənayesinin inkişafını sahmana salmaq üçün plenum çağırdı. Heydər Əliyev hakimiyyətə gələnə qədər dənizdən hasil edilən neft cəmi 40 metr dərinlikdə çıxarılırdı. Daha sonra neft sənayesinin inkişafı üçün ulu öndər Bakı Dərin Özüllər zavodunun tikintisinə nail oldu. Bu kimi islahatçı addımlardan sonra neft sənayesi dirçəlməyə başladı. Heydər Əliyev ikinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda da neft sənayesi acınacaqlı vəziyyətdə idi. Məhz Heydər Əliyev yenə də neft sənayesindəki vəziyyəti təhlil edərək çıxış yolu tapdı. Neftin hasil olunması üçün xarici şirkətləri Azərbaycana dəvət etdi. Neft kəmərlərinin inşasına başlanıldı. Bundan sonra neft sənayesi dirçəlməyə başladı".

Digər natiqlər də Heydər Əliyev haqqında fikrilərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR