Sergey Lavrov: “İrana qarşı təhdid və birtərəfli sanksiyalar yalnız nüvə problemi çətinləşdirir”

Sergey Lavrov: “İrana qarşı təhdid və birtərəfli sanksiyalar yalnız nüvə problemi çətinləşdirir”
# 12 fevral 2013 23:52 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. “Rusiya hesab edir ki, İrana qarşı təhdid və birtərəfli sanksiyalar nüvə probleminin yalnız həllinə zərər verəcək”. APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu problemin həlli üçün məsələyə kreativ yanaşmaq lazımdır: “Təhdid və birtərəfli sanksiyalar yalnız problemi çətinləşdirir. BMT Təhlükəsiz Şurasının qətnaməsi İrandan uranın zənginləşdirilməsini dondurmağı tələb edir. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) qaydalarına görə də İran nüvə müzakirələrində razılaşma əldə edilənədək uranın zənginləşdirilməsini dondurmalıdır. Lakin onu da qeyd etmək lazımdır ki, İran uranın 5 faizdən 20 faizədək zənginləşdirilməsini AEBA-nın nəzarəti altında həyata keçirir. Agentliyin baş direktoru bunu İranla bağlı hesabatlarında bildirir”.

S.Lavrov əlavə edib ki, fevralın 26-da Qazaxıstanın Almatı şəhərində Tehranla “altılıq” ölkələri arasında keçiriləcək görüşdə bir çox məsələlər, o cümlədən də İranda nüvə yanacağının istehsalı və uranın zənginləşdirilməsi müzakirə ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR