Azərbaycan XİN ATƏT sədrinin səfəri barədə məlumat yayıb

Azərbaycan XİN ATƏT sədrinin səfəri barədə məlumat yayıb
# 29 iyun 2016 13:59 (UTC +04:00)

Bakı - APA. Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer Azərbaycana səfəri barədə məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilir ki, Ştaynmayer Azərbaycana iyunun 30-da işgüzar səfər edəcək.

Səfər çərçivəsində Frank-Valter Ştaynmayerin xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub.

Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Ştaynmayer bu gün Ermənistana səfər edəcək. Azərbaycandan sonra isə Gürcüstana gedəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR