ABŞ Hərbi-Hava Qüvvələri İraqdakı terrorçuların mövqelərinə 15 zərbə endirib

ABŞ Hərbi-Hava Qüvvələri İraqdakı terrorçuların mövqelərinə 15 zərbə endirib
# 18 avqust 2014 19:26 (UTC +04:00)

Bakı-APA. ABŞ döyüş təyyarələri bu gün “İslam Dövləti” hərəkatının İraqdakı mövqelərinə 15 zərbə endirib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığından bildirilib.

Məlumata əsasən, döyüş təyyarələri və pilotsuz uçuş aparatlarının Mosul bəndi yaxınlığında yerləşən mövqelərə endirilən zərbələr nəticəsində silahlıların 9 dayaq məntəqəsi və onlara məxsus 8 nəqliyyat vasitəsi məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR