Türk Şurası ilə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzi arasında Memorandum imzalanıb - FOTO

Türk Şurası ilə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzi arasında Memorandum  imzalanıb - <span style="color: red;">FOTO
# 12 noyabr 2015 15:53 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. İstanbulda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası ilə Beynəlxalq İdman Təhlükəsizliyi Mərkəzi (İCSS) arasında qarşılıqlı əməkdaşlıq Memorandumu imzalanıb.

APA-nın xəbərinə görə, imza mərasimindən sonra keçirilən mətbuat konfransında çıxış edən Türk Şurasının baş katibi Ramil Həsənov deyib ki, BİTM ilə əməkdaşlığa şuranın 11 sentyabr 2015-ci ildə Astanada keçirilən son zirvə toplantısında ölkə prezidentləri səviyyəsində qərar verilib: “İdman sahəsində təhlükəsizliyə nail olmaq və qarşıya çıxan problemləri aradan qaldırmaq üçün Türk Şurası BİTM ilə yaxın əməkdaşlığı etməyi məqsədəuyğun sayıb”.

R. Həsənov iki beynəlxalq təşkilat arasındakı ilk əməkdaşlıq layihəsinin startının 2016-cı ilin martında veriləcəyini bildirib.

Mətbuat konfransında çıxış edən BİTM prezidenti Məhəmməd Hanzab isə 110 milyondan çox əhalisi olan Türk Şurasına üzv ölkələrlə əməkdaşlıq etməkdən məmnuniyyət duyacaqlarını vurğulayıb.

APA-nın “Azərbaycan iyunda I Avropa Oyunlarını keçirdi, növbəti ildə isə İslam Oyunlarını keçirməyə hazırlaşır. Avropa Oyunlarının təşkilini necə qiymətləndirdiniz, İslam Oyunlarının təşkilində Azərbaycanla əməkdaşlıq edəcəksinizmi?” - sualına M. Hanzab belə cavab verib: “Avropa Oyunlarının təşkili mükəmməl idi, televiziyadan izlədiyim açılışın isə dünyada bənzərinin olmadığını deyə bilərəm. Azərbaycan dünya miqyasında idmanın inkişafına çox önəm verən bir ölkədir. Avropa Oyunları Azərbaycanın böyük idman tədbirləri keçirmək sahəsində böyük təcrübə əldə etdiyini göstərdi. Şübhəsiz ki, biz İslam Oyunlarının təşkilində yaxından iştirak etmək istəyirik. İstər Türk Şurası ilə imzaladığımız Memorandum çərçivəsində, istərsə də Azərbaycanla yaradacağımız birbaşa əlaqələrlə İslam Oyunlarının təşkilində və gedişində bizim öz üzərimizə düşən vəzifəni həyata keçirmə imkanımızın olacağına inanıram”.


Qeyd edək ki, BİTM-in mərkəzi Qatarın paytaxtı Dohada yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR