İndoneziyada terrorçu-kamikadze polis bölməsinə hücum edərək özünü partladıb

İndoneziyada terrorçu-kamikadze polis bölməsinə hücum edərək özünü partladıb
# 05 iyul 2016 05:21 (UTC +04:00)

Bakı-APA. İndoneziyanın Surakarta şəhərində terrorçu-kamikadze polis bölməsinə hücum edib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, motosikletlə bölmənin ərazisinə daxil olan terrorçu özünü partladıb. Hadisə nəticəsində bir asayiş keşikçisi yaralanıb.

Xatırladaq ki, yanvar ayında İndoneziyada baş vermiş terror aktı nəticəsində 4 nəfər ölüb. Paytaxt Cakartada törədilən silsilə partlayışlara görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR