Almatıda körpünün çökməsi nəticəsində 8 nəfər xəsarət alıb

Almatıda körpünün çökməsi nəticəsində 8 nəfər xəsarət alıb
# 24 aprel 2015 09:52 (UTC +04:00)


Bakı, Ülkər Bəkirli – APA. Qazaxıstanın Almatı şəhərində tikilməkdə olan körpünün çökməsi nəticəsində səkkiz nəfər xəsarət alıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, daha iki nəfərin dağıntılar altında qaldığı güman edilir. Fövqəladə Hallar Nazirliyinin şəhər idarəsindən bildirilib ki, 50 nəfərin çalışdığı obyektdə hazırda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR