Sabirabadda avtomobil kanala aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Sabirabadda avtomobil kanala aşıb, bir ailənin 4 üzvü xəsarət alıb
# 03 iyun 2016 13:02 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğanbürosunun məlumatına görə, hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb. Sumqayıt şəhər sakini Məhərrəmov Rafiq Qurban oğlunun idarə etdiyi BMW markalı, 01 BP 967 dövlət nömrə nişanlı avtomobil qarşıda gedən avtomobilə çırpılıb və yoldan çıxaraq kanala düşüb. Nəticədə sürücü və avtomobildə olan sərnişinlər - Sumqayıt şəhər sakinləri, 1973-cü il təvəllüdlü Məhərrəmova Pərvanə Qurban qızı, 1998-ci il təvəllüdlü Məhərrəmli Elnarə Rafiq qızı, 1973-cü il təvəllüdlü Məhərrəmova Hicran Şövkət qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən arşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR