NATO nümayəndəsi: “Alyans artıq tərəfdaş ölkələrə üzv ölkə kimi yanaşmağa başlayıb”

NATO nümayəndəsi: “Alyans artıq tərəfdaş ölkələrə üzv ölkə kimi yanaşmağa başlayıb”
# 19 mart 2015 10:51 (UTC +04:00)

APA-nın məlumatına görə, bu sözləri NATO-nun Cənubi Qafqaz üzrə rezident zabiti Vilyam Lahue deyib.

V. Lahue bildirib ki, Gürcüstan NATO ilə dərin əməkdaşlığa malikdir və bu, onların alyansın üzvlüyünə istiqamətlənmiş addımdır: “Rusiya artıq təhlükə mənbəyi olduğunu göstərib. Bu, alyansın əməliyyatlarında dəyişikliyə səbəb olur və tərəfdaşlarla iş prinsipinə dəyişiklik gətirir. NATO artıq tərəfdaş ölkələrə üzv ölkə kimi münasibət göstərməyə başlayıb. Bu, NATO üçün yeni inkişafdır. Region üçün digər vacib aspekt NATO-nun “Əsaslı dəstək” paketidir. Onun bir çox aspektləri gizli saxlanılır. Lakin bu çərçivədə NATO və Gürcüstanın birgə çalışacağı təlim-qiymətləndirmə mərkəzi yaradılacaq. Gürcüstan tərəfdaşlarımızın NATO standartlarına uyğunlaşdırılması istiqamətində çalışacaq. Bu, Azərbaycan üçün də əməkdaşlıq potensialı açır. Taktiki təlimlər bu ildən başlayacaq. Biz gələn ay bunun strukturunun nədən ibarət olacağı barədə informasiya verəcəyik. ABŞ bu prosesdə vacib rol oynayacaq. Bu ölkə 10 ildən çoxdur ki, Gürcüstanda təlimlər keçir”.

V. Lahuenin sözlərinə görə, “Əsaslı dəstək” paketi çərçivəsində digər məsələ müdafiə institutunun yaradılmasıdır: “Onun funksiyası, hansı təlimlərin keçirilməsi müzakirə mövzusudur. Bu, Gürcüstan və Azərbaycan silahlı qüvvələri arasında əməkdaşlıq perspektivləri üçün yeni imkanlar yaradacaq. Azərbaycan oraya təlimlərdə iştirak etmək üçün hərbçilər göndərə biləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR